İQTİSADİYYAT


Nazir: Azərbaycan ABŞ-a ölkəmizin turizm, logistika, nəqliyyat və tranzit imkanlarından daha geniş istifadə olunmasını təklif edir VİDEO

Bakı, 17 may, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan ABŞ-a ölkəmizin turizm, logistika, nəqliyyat və tranzit imkanlarından daha geniş istifadə olunmasını təklif edir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Maliyyə naziri Samir Şərifov deyib.

“Müəyyən fasilədən sonra Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası bərpa edildi. Hesab edirik ki, komissiyanın fəaliyyəti iki ölkə arasında əməkdaşlığa, əlaqələrə kifayət qədər böyük töhfələr verir və bundan sonra da vermək imkanlarına malikdir”, - deyə nazir qeyd edib.

S.Şərifov bildirib ki, gələcək əməkdaşlığın prioritetləri, əsasən ticarət imkanlarının araşdırılması, təhlil edilməsi və şübhəsiz ki, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, həm Azərbaycandan ixracın, həm də ölkəmizə idxalın, qarşılıqlı investisiyaların həcmlərinin artırılması, yüksək texnologiyaların bölüşdürülməsidir: “Bu istiqamətdə ABŞ tərəfindən kifayət qədər maraqlı təkliflər təqdim olunub. Eyni zamanda, digər istiqamətlərdə də Azərbaycan tərəfinin turizm, logistika, nəqliyyat və tranzit imkanlarından daha geniş istifadə olunmasını təklif edir. Azərbaycana ABŞ tərəfindən daha çox birbaşa investisiyaların yatırılması təklif olunur. Hesab edirik ki, bu sahədə iki ölkə arasında kifayət qədər yaxşı potensial mövcuddur. Ən vacibi isə əvvəlki illərdə yaradılmış münbit investisiyalar üçün çərçivə bundan sonra da ABŞ şirkətlərinin Azərbaycana investisiyalarının davam etdirilməsini şərtləndirəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.