İQTİSADİYYAT
Nazir: Azərbaycan “OPEC+”un gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcək
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan “OPEC+” istehsalçılarının gələn ay gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində deyib.
Nazir bildirib ki, bu, sabitliyi qorumaq üçün ən optimal qərardır. İstehsalın artırılması ilə bağlı istənilən qərar iqtisadi səbəblərə və bazarın hərtərəfli araşdırılmasına əsaslanmalıdır.
“Biz tələbatda kəskin artım müşahidə etmirik, çünki elektrik enerjisi istehsalçıları təbii qazı əvəz etmək üçün həmişə neft məhsullarını seçmirlər. Onlar, həmçinin nüvə enerjisindən və kömürdən istifadə edirlər”, - deyə P.Şahbazov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]