SİYASƏT


Nazir: Azərbaycan azad edilmiş ərazilərinə missiya göndərilməsi üçün UNESCO ilə danışıqlar aparır

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycanın mədəni irsi torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində məhv edilib. Yaşayış məskənləri dağıdılıb, tarixi, dini və mədəni abidələrimiz məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışında deyib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan mənşəyindən asılı olmayaraq, azad edilmiş ərazilərdəki bütün mədəni və dini abidələrin ən yüksək səviyyədə bərpasına çalışır.

Ölkəmiz münaqişədən zərər çəkmiş ərazilərinə müstəqil UNESCO texniki missiyasının göndərilməsi ilə bağlı danışıqlar aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.