SİYASƏT


Nazir: Azərbaycan uzun illər ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalıb

Nazir: Azərbaycan uzun illər ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalıb

Bakı, 1 dekabr, AZƏRTAC

Konsensus əsasında qərarların qəbulu prinsipi ATƏT-in bütün əsas qərarlarında aydın şəkildə əksini tapıb. Azərbaycan uzun illər təşkilat daxilində konsensusdan sui-istifadədən əziyyət çəkib. Buna baxmayaraq, biz həmişə birgə təhlükəsizliyə ciddi riayət edilməsinin tərəfdarı olmuşuq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşada keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu baxımdan, konsensus olmadan Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.

“Sədrlik və Katiblik də daxil olmaqla, ATƏT-in bütün təsisatları bütün iştirakçı dövlətlər üçün ümumi aktiv kimi yaradılıb. Buna uyğun fəaliyyət göstərməmək inamı sarsıdır. Azərbaycan bu qurumları kobud şəkildə pozulmuş mandatlarını düzəltməyə çağırır”, - deyə C.Bayramov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.