İQTİSADİYYAT


Nazir: Azərbaycanda kibertəhlükəsizlik məsələləri diqqət mərkəzindədir

Bakı, 13 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycanda texnoloji inkişafla yanaşı, kibertəhlükəsizlik məsələləri də diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Azərbaycanın bu istiqamətdə beynəlxalq qurumlarla əməkdaşlığını vurğulayan nazir tərəfdaşlıqdan məmnunluq ifadə edib: “Biz BMT-nin İnkişaf Proqramı ilə birgə layihələr həyata keçiririk. Bu layihələr ölkəmizdə dayanıqlı inkişafa böyük töhfə verib. Bu gün də BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığımız davam edir. Birgə əməkdaşlıq çərçivəsində hazırlanmış “Bilik İqtisadiyyatı - Azərbaycanın İnnovasiya Yol Xəritəsi” bizim üçün çox önəmlidir. Bu layihə çərçivəsində keçirilən “İdeyadan biznesə” startap turları və məktəblərdə robototexnika laboratoriyalarının qurulması üzrə tərəfdaşlığımızdan məmnunuq”, - deyə R.Quluzadə bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.