SİYASƏT


Nazir: Azərbaycanla Əlcəzairin iqtisadi sahədə çox böyük potensialı var VİDEO

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycanla Əlcəzair beynəlxalq platformalarda yaxşı əlaqələrə malikdirlər. İqtisadi sahədə çox böyük potensial mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra ilə görüşdən sonra mətbuata birgə bəyanatında söyləyib.

Nazir qeyd edib ki, Əlcəzair Azərbaycanın səfirlik təşəbbüslərinə yüksək səviyyədə dəstək verir. Bu gün ölkələrimiz arasında iki sənədin imzalandığını diqqətə çatdıran nazir deyib ki, bunlardan biri Azərbaycanla Əlcəzairin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə, digəri isə diplomatik və xidməti pasportların vizalardan azad olunmasına dair protokoldur.

Ceyhun Bayramov, həmçinin həmkarına regionda baş verən son hadisələr, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmağa başlamaları, eyni zamanda, Ermənistanın qeyri-konstruktiv addımları barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.