İQTİSADİYYAT


Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında turizm və BƏƏ tərəfindən investisiyaların cəlb edilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün gözəl fürsət yaranıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 13-də jurnalistlərə müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri deyib.

Nazir deyib: “Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclasında əsas diqqəti nəqliyyat, bərpaolunan enerji və ölkələrimiz arasında yükdaşımalar sahələrinə yönəltdik. Bugünkü iclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla BƏƏ-yə, eyni zamanda, Körfəz ölkələrinə Azərbaycanın kənd təsərrüfatı məhsullarının daşınması barədə müzakirələr apardıq və bu məhsulların Birləşmiş Ərəb Əmirliklərinə satılması yollarını ətraflı müzakirə etdik. İki ölkə arasındakı ticarət dövriyyəsi 265 milyon ABŞ dolları deyil, daha yüksək rəqəmə çatmalıdır. Əlbəttə, əməkdaşlığımızın növbəti mərhələsi çox mühüm olacaq. Biz hər iki tərəfdən peşəkar komanda yaratmışıq. Hər iki tərəfin komandası yaxın 6 ay ərzində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməlidir”.

Nazir, həmçinin 2020-ci ildə BƏƏ-də keçiriləcək “Expo” sərgisində Azərbaycanın iştirakı məsələsini müzakirə etdiklərini də deyib. Bildirib ki, iki ölkə arasında mühüm məsələlərdən biri də bərpaolunan enerji sahəsinin müzakirəsi idi ki, növbəti mərhələdə ölkələr arasında bir sıra mühüm layihələrin həyata keçirilməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.