ELM VƏ TƏHSİL


Nazir: Bir neçə yüz tələbə təhsil krediti üçün müraciət prosesini yekunlaşdırıb

Bakı, 2 dekabr, AZƏRTAC

Təhsil tələbə kreditlərinin verilməsi üçün müraciət qəbuluna yeni başlanılıb. Artıq bir neçə yüz tələbə bu prosesi tam olaraq yekunlaşdırıb, bəzilərinə hətta təsdiq verilib.

AZƏRTAC xəbər verir ki, bunu UNEC İqtisadi Forumu çərçivəsində jurnalistlərə müsahibəsində təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, sistem yeni olduğundan hər hansı çatışmazlıqların, qüsurların, nöqsanların olması gözləniləndir. Təbii ki, bunların aradan qaldırılması labüddür.

“Bu kreditlər sosial alətdir. Sosial problemi olanlar sosial kreditdən, sosial problemi olmayanlar isə daha yüksək bal yığıb standart güzəştlərdən yararlana bilərlər. Hesab edirəm ki, müəyyən problemlər aradan qaldırılacaq. Biz cəmiyyətlə birgə çalışaraq vəziyyəti düzgün normal şəkildə təmin edə bilərik. Artıq 18 yaşından aşağı olan tələbələrin kredit alması ilə bağlı narazılıq həllini tapır”, - deyə E.Əmrullayev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.