İQTİSADİYYAT
Nazir: Birləşmiş Ərəb Əmirlikləri OPEC-in sadiq üzvüdür
Bakı, 19 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC-in sadiq üzvüdür.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Enerji və Sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui deyib.
O, ölkəsinin həmişə OPEC-in sadiq üzvü olduğunu və bu bağlılığını “OPEC+” üzrə neft tədarükünün azaldılmasına dair mövcud müqaviləyə əməl etməklə nümayiş etdirdiyini söyləyib.
“OPEC-in etibarlı və uzunmüddətli üzvü olaraq təşkilatı dəstəkləyən bütün qərar və strategiyalarımızda həmişə açıq və şəffaf olmuşuq”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, daha əvvəl BƏƏ-nin OPEC-də olmağın faydalarını şübhə altına aldığı və hətta “OPEC+” çərçivəsində əməkdaşlıqdan çıxmağı düşündüyü ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.
Hazırda OPEC-ə 13 ölkə üzvdür. Bunlar Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesueladır.
OPEC-ə qeyri-üzv olan Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan isə təşkilatla “OPEC+” formatında sıx əməkdaşlıq edir. “OPEC+” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]