CƏMİYYƏT


Nazir: Bu ilin sonunda ilk DOST mərkəzi açılacaq

Bakı, 6 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilk DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin bu ilin sonunda açılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

"Düşünürük ki, DOST mərkəzləri vasitəsilə Azərbaycanda pensiyaçılar, əlilliyi olan şəxslər, işsiz, iş axtaran şəxslər, sosial müavinətlər alan şəxsləri əhatə edə biləcəyik. İlk DOST mərkəzinin bu ilin sonunda açılması nəzərdə tutulur. Daha 3 DOST mərkəzinin Bakı şəhəri ərazisində açılması planlaşdırılır. Bakı ərazisi tam şəkildə DOST mərkəzləri ilə əhatə olunacaq. Növbəti illərdə bu işlər respublikanın regionlarında da həyata keçiriləcək", - deyə nazir diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.