İQTİSADİYYAT


Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir

Bakı, 22 noyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfəri çərçivəsində Prezident Donald Tramp tərəfindən Birləşmiş Ştatların Enerji katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Dan Brullet ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə enerji sahəsində əməkdaşlığın, eləcə də Birləşmiş Ştatların Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə davamlı dəstəyinin iki ölkə arasında münasibətlərin inkişafına, regional və qlobal təhlükəsizliyə töhfələri müzakirə edilib.

Nazir nəhəng infrastruktur və enerji təhlükəsizliyi layihəsi olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyinin təqdirəlayiq olduğunu bildirib.

Görüşdə, həmçinin energetika sektorunda islahatlar prosesindən bəhs edilib. “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Sərəncamı energetika sektorunda əsaslı dəyişiklikləri təmin edən strateji sənəd kimi qeyd olunub, bərpaolunan enerji sahəsinin inkişafı, enerji səmərəliliyi və liberal bazar modelinə keçidlə bağlı hazırlanan təkliflər, görülən işlər barədə məlumatlar diqqətə çatdırılıb.

D.Brullet isə “Əsrin müqaviləsi” imzalanan vaxtdan indiyə kimi Azərbaycanın Xəzəri dünyaya inteqrasiya edən çoxsaylı qlobal enerji təşəbbüslərini yüksək qiymətləndirib. Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyində mühüm rolunu vurğulayan ABŞ rəsmisi ölkəsinin bu layihə ilə yanaşı, Azərbaycanın islahat xarakterli yeni enerji siyasəti kursu ilə də əlaqəli mümkün dəstəyini və köməyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.