SİYASƏT


Nazir Ceyhun Bayramov: Azərbaycanla Aİ ölkələri arasında qaz təchizatı sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub

Bakı, 9 fevral, AZƏRTAC

Görüşdə bir çox sahələrdə əlaqələrdən danışdıq, iqtisadi sahədə potensialı nəzərdən keçirdik. Eyni zamanda, kənd təsərrüfatı, telekommunikasiya sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi apardıq. Həmçinin parlamentlərarası əlaqələrin inkişafından və dostluq qruplarının fəaliyyətindən danışdıq. Qeyd olunan məsələlərin mütəmadi müzakirəsinə dair tərəflər arasında razılıq əldə olundu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

Nazir qeyd edib ki, Azərbaycanla Avropa İttifaqına üzv ölkələr arasında qaz təchizatı sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Ceyhun Bayramov deyib ki, iki ölkə arasında humanitar sahədə bir sıra yaxşı təşəbbüslər var. Məsələn, ADA Universitetində moldovalı tələbələrin təhsil alması, tələbə mübadiləsi və s.

“Biz regional təhlükəsizlik məsələsini də müzakirə etdik. Otuzillik işğala son qoyulduqdan sonra bizim üçün əsas prioritet həmin torpaqlarda yenidənqurna işlərinin aparılması və keçmiş məcburi köçkünlərin öz yurdlarıma təhlükəsiz qayıtmasıdır”, - deyə Ceyhun Bayramov həmkarına azad olunmuş torpaqlarımızda həyata keçirilən avtomobil və dəmir yolları, enerji, infrastrukturunun bərpası, alternativ enerji mənbələrinin yaradılması, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri, inşa edilən hava limanları barədə məlumat verdiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.