SİYASƏT


Nazir Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev-muzeyini ziyarət edib

Ramallah, 30 mart, AZƏRTAC

Martın 30-da Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev-muzeyini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı muzeyin idarə heyəti Azərbaycan nümayəndə heyətinin üzvlərinə XX əsrin əvvəllərindən 2004-cü ildə Fələstin xalqının lideri Yasir Ərafatın vəfatına qədər Fələstin tarixindəki ən mühüm hadisələri əks etdirən muzey barədə ətraflı məlumat verib.

Muzeyin kolleksiyaları ilə yaxından tanış olan nazir Ceyhun Bayramov sonda xatirə kitabına ürək sözlərini yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.