SİYASƏT


Nazir Ceyhun Bayramov: Yaxın zamanlarda İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Bakı, 2 aprel, AZƏRTAC

Birgə layihələri, Heydər Əliyev Fondu tərəfindən aparılan çoxsaylı işləri xüsusi olaraq vurğulamaq istərdim. Azərbaycan hökuməti tərəfindən İtaliyanın nadir mədəni irsinin qorunması sahəsində bir sıra layihələr həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşündən sonra keçirilən mətbuat konfransında söyləyib.

Mədəniyyət sahəsində ənənəvi olaraq dostluq və geniş birgə fəaliyyətə diqqət çəkən C.Bayramov deyib: “İtaliya şirkətləri Azərbaycanda qədim tarixi abidələrin bərpasında xüsusilə məşğul olurlar. İtaliya şirkətlərinin bu sahədə zəngin təcrübəsi var”.

Azərbaycanın xarici işlər naziri qeyd edib ki, bundan sonra da münasibətlərin inkişafına xüsusi diqqət yetiriləcək. Yaxın zamanlarda İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının planlaşdırıldığını qeyd edən nazir hesab edib ki, bu, yubiley ili üçün çox gözəl töhfə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.