SİYASƏT


Nazir Ceyhun Bayramov qambiyalı həmkarı ilə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıb

Bakı, 12 mart, AZƏRTAC

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 12-də Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdə yaşayan qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Qambiya naziri Azərbaycanda 2020-ci ildə səfərdə olduğunu və keçirilən yüksək səviyyəli görüşləri məmnunluqla xatırlayıb. İki ölkə arasında təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə olunub.

Azərbaycan hökuməti tərəfindən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə təhsil təqaüdünün ayrıldığı və bu çərçivədə, Qambiya gənclərinin də bu təqaüdlərdən faydalanmaq imkanları xüsusilə qeyd edilib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.