SİYASƏT


Nazir Elmar Məmmədyarov: Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması mexanizminin və planının yaradılması zəruridir

Bakı, 27 sentyabr, AZƏRTAC

İnsidentlərin araşdırılması mexanizminin yaradılması o halda nəzərdən keçirilə bilər ki, bu, həmsədr ölkələrinin prezidentlərinin də qəbul etmədikləri mövcud status-kvonun saxlanmasına və işğala bəraət qazandırılmasına xidmət etməsin.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrın 26-dakı açıqlamasını şərh edərkən AZƏRTAC-a bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması mexanizminin və planının yaradılması zəruridir. Qeyd edilən “insidentlərin” baş verməsinin səbəbi məhz Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı və işğal olunmuş həmin ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.