İQTİSADİYYAT


Nazir: Enerji sektorunda çevik, şəffaf və yüksək keyfiyyətli idarəetmənin təmini Azərbaycan dövlətinin strateji hədəfidir

Bakı, 3 oktyabr, AZƏRTAC

Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvada səfərdə olan energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, P.Şahbazov “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları” mövzusunda çıxış edib. Nazir çıxışında yeni texnologiyaların enerji sektoruna təsiri, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması kimi məsələlərin ölkələrin enerji siyasətində prioritetə çevrildiyini qeyd edib. Azərbaycanın enerji sektorunda qlobal çağırışlara uyğun islahatyönümlü kompleks tədbirlərin həyata keçirilməsindən danışan nazir bildirib ki, bütün bu tədbirlər energetika sektorunda effektiv tənzimləmə sayəsində müsbət nəticə verə bilər: “Tənzimləyici orqan artıq formalaşdırılıb. Enerji sektorunda çevik, şəffaf və yüksək keyfiyyətli idarəetmənin təmin edilməsi Azərbaycan dövlətinin strateji hədəfidir və dövlətin bütün dəstəyi bu sahənin modernləşdirilməsinə və effektiv tənzimlənməsinə yönəlib”.

Qeyd edək ki, tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.