SİYASƏT


Nazir: Ermənistanın Azərbaycana qarşı hər hansı bir təhlükəli addım atacağını hiss etsək, heç tərəddüd etmədən qarşılığını verəcəyik

Bakı, 17 noyabr, AZƏRTAC

Ermənistanın beynəlxalq hüquqa zidd davranacağını, Azərbaycana qarşı hansısa bir təhlükəli addım atacağını hiss etsək heç tərəddüd etmədən lazımi cavabı verəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.

Türkiyə-Azərbaycan münasibətlərini, eləcə də bölgədəki son vəziyyəti dəyərləndirən nazir erməni siyasətçiləri daha rasional və məsuliyyətli olmağa çağırıb.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatları xatırladan Ceyhun Bayramov deyib ki, bir ildir bu sənədlərin icrası istiqamətində işlər davam edir. Nazir bildirib: “Bəyanatlardakı bir çox maddələrin yerinə yetirilməsinə baxmayaraq, bəzi məsələlər hələ də həllini tapmamış qalır. Amma biz həllini gözləyən bu problemlərə də müsbət, konstruktiv yanaşırıq. Torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın öz sərhədləri üzərində nəzarəti ələ alması münaqişəyə son qoydu. İndi iki tərəf arasında münasibətlərin normallaşma prosesindən danışmaq olar. Azərbaycan buna hazırdır. Dövlətimizin başçısı da iki ölkə arasında sülhün və münasibətlərin normallaşmasının təmin edilməsi ilə bağlı bəyanatlar verdi. Bildirdi ki, Azərbaycan sülh istiqamətində atılacaq addımlara hazırdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.