DÜNYA


Nazir Fahrettin Koca: Türkiyədə yeni yoluxmaların 85 faizini “Britaniya” ştammı təşkil edir

Ankara, 12 aprel, AZƏRTAC

Türkiyədə aşkarlanan koronavirus (COVID-19) infeksiyasına son yoluxmaların 85 faizi virusun “Britaniya” ştammıdır. Bundan başqa, ölkənin 11 vilayətində 285 nəfərdə virusun “Cənubu Afrika”, 9 vilayətdə 166 nəfərdə isə “Braziliya” növləri aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca ictimaiyyətə açıqlamasında bildirib. Nazir diqqətə çatdırıb ki, ölkə əhalisinin 80 faizi COVID-19 virusunun riskinin yüksək olduğu bölgələrdə yerləşir.

Qeyd edək ki, Ramazan ayında koronavirusun yayılma riskinin qarşısını almaq üçün əlavə tədbirlər görüləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçiriləcək hökumətin iclasında bu məsələ müzakirə olunacaq və dövlət başçısı qəbul olunacaq qərarları ictimaiyyətə açıqlayacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.