İQTİSADİYYAT


Nazir: Fibrooptik şəbəkə infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi əsas məqsədlərdəndir

Bakı, 16 may, Pərvanə Rəhimova, AZƏRTAC

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bu sektor qarşısında telekomunikasiya infrastrukturunun inkişafı ilə bağlı strateji hədəflər qoyulub. Fibrooptik şəbəkə infrastrukturunun əhatə dairəsinin genləndirilməsi, mobil sektorunda RPE texnologiyaların tətbiqi əsas məqsədlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitindəki çıxışında deyib.

Bu istiqamətdə mühüm işlərin görüldüyünü vurğulayan nazir bildirib: “Hesab edirik ki, bu infrastrukturlar müasir maliyyə xidmətlərinin, internet və mobil bankçılığın inkişafı üçün olduqca vacibdir.

“Strateji Yol Xəritəsinin prioritet istiqamətlərindən biri də rəqəmsal ödənişlərin genişləndirilməsidir. Bu çərçivədə hazırlanmış və qəbul olunmuş Dövlət Proqramının icrasında nazirlik Mərkəzi Bankla sıx əməkdaşlıq edir”, - deyə R.Quluzadə əlavə edib.

Nazir bildirib ki, son illərdə informasiya texnologiyaları sektorunda yeni inkişaf növləri meydana gəlib. Blokçeyn, blok texnologiyaları, süni intellekt, iri məlumatların emalı və digərləri geniş tətbiq olunmağa başlanıb. Bu texnologiyalar, həmçinin müasir fintex texnologiyalarının əsasını təşkil edir. Hazırda blokçeyn texnologiyaları qlobal fenomenə çevrilib. Bu texnologiyaların tətbiqi ilə bağlı yeni mexanizmləri formalaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.