DÜNYA


Nazir: Gürcüstan əhalisinin 800 min nəfəri yoxsulluq həddində yaşayır

Tbilisi, 18 may, AZƏRTAC

Müxtəlif qurumların hesablamalarına və qiymətləndirmələrinə görə, bu gün Gürcüstan əhalisinin 800 min nəfəri yoxsulluq həddində yaşayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava televiziyaya müsahibəsində deyib.

Nazirin sözlərinə görə, istənilən hökumət, xüsusən də hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası üçün yoxsulluğun azaldılması əsas prioritetdir.

Gürcüstan hökuməti üçün də bu problemin həlli olduqca vacib məsələdir.

“Yoxsulluğun azaldılması Gürcüstan hökumətinin başlıca prioriteti və strategiyasıdır”, - deyə N.Turnava vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.