İQTİSADİYYAT


Nazir: Güzəştli ticarət sazişinin icrası Azərbaycan-Türkiyə ticari əlaqələrinə töhfə verəcək

Ankara, 19 fevral, AZƏRTAC

Güzəştli ticarət sazişinin icrası Azərbaycan-Türkiyə ticari əlaqələrinə töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Ankarada keçirdiyi brifinqdə deyib.

“Bu il mart ayının 1-dən Azərbaycan və Türkiyə arasında güzəştli ticarət sazişinin icrasına başlanılır. Bu da öz növbəsində ticarət əlaqələrinin inkişafına böyük töhfə verəcək. Həmçinin Ankarada keçirilən görüşlərdə nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, birgə sərmayələrin yatırılması, hər iki ölkənin ərazisində kənd təsərrüfatı və tekstil sahələrində yeni layihələrin həyata keçirilməsi imkanları əsas müzakirə olunan mövzular sırasında idi”, - deyə nazir qeyd edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.