SİYASƏT


Nazir Hulusi Akar: Türkiyə mövcud münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

Ankara, 29 iyul, AZƏRTAC

Türkiyə Ermənistanın hərbi hücumlarını qınayır və mövcud münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını dəstəkləyir.

AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, bunu nazir Hulusi Akar Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu düşüncə mərkəzlərindən olan Türk Miras Təşkilatının onlayn qaydada keçirdiyi “Türkiyənin milli müdafiə strategiyası və bölgədəki son proseslər” mövzusunda panel iclasındakı çıxışında deyib. Nazir bildirib ki, ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanı hərbi hücumlardan çəkinməsi və mövcud münaqişənin həllində yeni forma qəbul etməsi üçün xəbərdarlıq etməlidir.

Hulusi Akar koronavirus pandemiyası, terrora qarşı mübarizə, S-400 raket əleyhinə sistemlərin tətbiqi, F-35 proqramının hüquqi tərəfləri, Türkiyənin xarici siyasətinə dair münasibətlər və s. mövzulardan da danışaraq vurğulayıb ki, ölkəsinin milli maraqlarla bağlı mövqeyi dəyişməzdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.