REGİONLAR


Nazir İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək

Bakı, 3 oktyabr, AZƏRTAC

Kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 7-də, saat 09:00-da Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.