REGİONLAR


Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək

 

Bakı, 11 may, AZƏRTAC

Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 14-də, saat 09:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2357767) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.