REGİONLAR


Nazir İnam Kərimovun Sabirabad rayonunda vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Bakı, 22 fevral, AZƏRTAC

Kənd təsərrüfatı naziri İnam Kərimovun Sabirabad rayonunda Neftçala, Sabirabad, Saatlı, Hacıqabul, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşünün tarixi dəyişdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş martın 1-də Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.

Görüşdə iştirak etmək istəyənlər Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-213-04-72) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.