İQTİSADİYYAT


Nazir: İran ilə Azərbaycan arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq daha da genişlənəcək

Tehran, 7 dekabr, AZƏRTAC

İran ilə Azərbaycan arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq birgə fiberoptik şəbəkənin yaradılması ilə daha da genişlənəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın rabitə və yüksək texnologiyalar naziri Məhəmməd Cavad Azəri Çəhromi deyib.

Nazir “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O nəzərə çatdırıb ki, Bakıda keçirdikləri görüşlər çox səmərəli olub. Bu gün müasir dünyada kibertəhlükəsizlik xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə hər iki ölkənin qarşılıqlı əməkdaşlığı tərəflər üçün faydalı olar. Artıq əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələri birgə fiberoptik şəbəkəsinin yaradılması və “startaplar”ın inkişafı istiqamətində birgə layihələr daha da artıracaq.

Xatırladaq ki, İranın rabitə və yüksək texnologiyalar naziri Məhəmməd Çəhromi “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak etmək üçün dekabrın 4-də Azərbaycana səfər etmişdi.

Sərgidə 14 İran şirkəti iştirak edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.