İQTİSADİYYAT


Nazir: İran ilə Azərbaycan kiberhücumların qarşısını almaq istiqamətində birgə addımlar ata bilər

Tehran 6 noyabr AZƏRTAC

İran ilə Azərbaycan yaxın qonşu və dost ölkələrdir. Xalqların tarixi yaxınlığı hər iki dövlətin qarşılıqlı əlaqələrinin inkişafına zəmin yaradıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib. Nazir bildirib ki, bu gün dünyada informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu texnologiyalardan bütün dövlətlər istifadə edirlər. Müxtəlif dövlətlər yeni informasiya texnologiyalarını iqtisadiyyata, nəqliyyata hətta hərbi sahəyə tətbiq edirlər. Bununla bərabər, kibercinayətkarlıq da inkişaf edir. Dövlətlərin infrastrukturları kibercinayətkarların hücumuna məruz qalır. Bəzi hallarda isə kiberhücumlar milli təhlükəsizliyə təhdid yaradır. Bu kimi neqativ halların qarşısını almaq istiqamətində İran ilə Azərbaycan birgə addımlar ata bilər.

Hər iki dövlət yeni texnologiyaların inkişafında maraqlıdır. Ona görə də təhlükəsizliyin təmin edilməsi üçün qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri daha da genişləndirilməlidir. Hər iki dövlət rabitə infrastrukturlarına xaricdən edilən kiberhücumların qarşısını yalnız əməkdaşlıqla ala bilər.

Əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı Dubayda keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşdüyünü bildirən M.C.Cəhromi gələcəkdə birgə layihələrin həyata keçiriləcəyini də istisna etməyib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.