İQTİSADİYYAT


Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

Bakı, 7 noyabr, Pərvanə Rəhimova, AZƏRTAC

Lisenziyalı proqram təminatlarından istifadə bilavasitə əqli mülkiyyət hüquqlarının qorunmasına xidmət edir, kiber riskləri azaldır, informasiya sistemlərinin və fərdi məlumatların mühafizə səviyyəsini artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə noyabrın 7-də Bakıda keçirilən “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminarın açılışında deyib.

Nazir qeyd edib ki, əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır. Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə də əhəmiyyətli dərəcədə təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.