SİYASƏT


Nazir Mövlud Çavuşoğlu: Azərbaycanın Ermənistana təklif etdiyi davamlı sülh anlaşmasının imzalanmasının tezləşdirilməsini istəyirik VİDEO

Ankara, 4 iyul, AZƏRTAC

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin başlaması üçün bəzi addımlar atılıb. Bunu mərhələli qaydada davam etdirmək istəyirik. Hər zaman dediyim kimi, Can Azərbaycanla prosesi məsləhətli şəkildə koordinasiya edirik. Digər tərəfdən Ermənistanla Azərbaycan arasında normallaşma prosesini dəstəkləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında ifadə edib.

“Azərbaycanın Ermənistana təklif etdiyi davamlı sülh anlaşmasının imzalanmasının tezləşdirilməsini istəyirik. Çünki bölgədə davamlı sülhə ehtiyac var. Azərbaycan ilə Ermənistan arasında Zəngəzur dəhlizi daxil olmaqla layihələrin həyata keçirilməsi vacibdir”, - deyə fikirlərini davam etdirən nazir Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, normallaşma prosesinə ən böyük əngəl Ermənistandakı revanşist cəhdlərdir.

Vyana görüşlərini yüksək dəyərləndirən nazir Mövlud Çavuşoğlu bildirib ki, xüsusi nümayəndələr Türkiyədə və yaxud Ermənistanda da görüşə bilərlər. Təəssüf ki, Ermənistan hələ buna hazır deyil.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.