DÜNYA


Nazir Mövlud Çavuşoğlu: İsveç və Finlandiya mövcud sənədin şərtlərini yerinə yetirmək məcburiyyətindədirlər

Ankara, 4 iyul, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğan Madriddəki dördtərəfli görüşdə Türkiyənin qəti şərtlərini açıqladı. İlk dəfə olaraq YPG/PYD terror təşkilatlarının adları NATO-ya bağlı sənəddə əksini tapdı. İsveç və Finlandiya mövcud sənədin şərtlərini yerinə yetirmək məcburiyyətindədirlər. Əks halda onları NATO sıralarına qəbul etməyəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində ifadə edib.

Nazir diqqətə çatdırıb ki, İsveç və Finlandiya ilə iki problem mövcuddur. Birincisi PKK kimi terror təşkilatlarının fəaliyyətləri, ikincisi isə sənaye məhsulları ilə bağlı tətbiq olunan embarqo.

Gündəlikdə olan digər məsələlər, o cümlədən terrorizmlə mübarizə istiqamətində atılan addımlar barədə məlumat verən nazir Mövlud Çavuşoğlu deyib ki, əgər Türkiyə tərəfi Suriya ərazisindən özünə qarşı hər hansı bir təhdid görsə onu dərhal zərərsizləşdirəcək.

Qeyd edək ki, NATO-nun Madrid Sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüşün nəticəsi olaraq imzalanan üçtərəfli anlaşmaya görə, Finlandiya və İsveç Türkiyəni narahat edən məsələlərin həlli istiqamətində öhdəlik götürüblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.