CƏMİYYƏT
Nazir Muxtar Babayev əkiləcək 650 min ağacın yaşıllıq zolağına çevrilməsi üçün ictimaiyyəti aktiv olmağa çağırıb VİDEO
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır. Əkiləcək ağacların hamısı Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.
“Ağacların əkilməsi ilə iş bitmir, əkilən ağacların bitiş faizinin yüksək olması, ağacların böyüyüb yaşıllıq zolağına çevrilməsi üçün aqrotexniki qulluq tələb olunur. Əkilən ağacların gələcək taleyini izləmək üçün nəzarət funksiyası həyata keçirilməlidir. Biz bu işə ictimai təşkilatları da dəvət edirik”, - deyə M.Babayev ictimaiyyəti bu işdə aktiv olmağa səsləyib.