İQTİSADİYYAT
Nazir: “OPEC plus” üzrə hazırkı hasilat səviyyələri qorunacaq
Bakı, 12 noyabr, AZƏRTAC
OPEC və tərəfdaşları (“OPEC plus”) gələn ay keçiriləcək yığıncaqda hazırkı hasilat səviyyələrini qoruyacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Omanın Neft naziri Məhəmməd Əl Rumi deyib.
Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatını daha çox azaldıb-azaltmayacaqları ilə bağlı fikirlər müxtəlifdir. Bir qrup analitikə görə, OPEC dekabrdakı yığıncaqda istehsalın daha çox azaldılmasını qiymətləndirəcək.
Ekspertlərin fikrincə, “OPEC plus” koalisiyasının neft hasilatının azalmasını daha da dərinləşdirməməsi bazarda tədarük bolluğu yaradacaq, nəticədə “Brent” markalı xam neftin qiyməti təxminən 30 faiz bahalaşa bilər.
Xatırladaq ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.
Xatırladaq ki, 2018-ci il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.