REGİONLAR


Nazir: Ölkənin təhsil müəssisələrində maraqlı layihələr icra olunur

Nazir: Ölkənin təhsil müəssisələrində maraqlı layihələr icra olunur

Astara, 20 may, İlkin Adıyev, AZƏRTAC

Ölkənin təhsil müəssisələrində çox müxtəlif, maraqlı layihələr icra olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil Festivalında jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, insanlar pozitivə köklənməyi öyrənməlidir: “Biz bəzən pozitivlə neqativ arasında daha çox neqativi qabartmağı sevirik. Amma ümumilikdə bugünkü səhnə bizim hamımızı sevindirdi. Ümid edirəm ki, gələcəkdə belə tədbirlərdən çox keçirəcəyik. Bu festival göstərdi ki, ölkəmizin bölgələrindəki təhsil müəssisələrində çox müxtəlif, maraqlı layihələr icra olunur. İnanıram ki, belə tədbirlər ilk növbədə şagirdlərin özləri üçün çox faydalıdır. Şagirdlər belə tədbirlərdən sonra daha motivasiyalı olub, öyrənməyə, hazırlıqlı olmağa, daha yaxşı vətəndaş olmağa cəhd göstərəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.