İQTİSADİYYAT


Nazir: Ötən il Azərbaycanla Çinin ticarət dövriyyəsi 1,3 milyard dollardan çox olub

Bakı, 24 iyul, AZƏRTAC

Keçən il Azərbaycanla Çinin ticarət dövriyyəsi 1 milyard 300 milyon dollardan çox olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun Ələt qəsəbəsindəki yeni Bakı Limanı ilə tanışlığı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr yüksək səviyyədədir. Bu əməkdaşlıq əlaqələrinin nəticəsində iki ölkənin ticarət dövriyyəsi də artmaqdadır. Çin şirkətləri üçün Azərbaycanda əlverişli biznes mühiti mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.