İQTİSADİYYAT


Nazir Rəşad Nəbiyev Lənkəranda vətəndaşlarla görüşəcək

Bakı, 3 oktyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda 2022-ci ilin oktyabr ayında vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu oktyabrın 10-da saat 10:00-da Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 16) keçiriləcək.

Nazir adıçəkilən rayonlarda göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, eləcə də poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün oktyabrın 9-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655), elektron poçtu ([email protected]) və (012) 598-58-58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.