İQTİSADİYYAT
Nazir Rəşad Nəbiyev “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimatında iştirak edib
Bakı, 8 aprel, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaş qəbulu ilə əlaqədar Sabirabada səfəri çərçivəsində Milli Məclisin üzvü Kamal Cəfərovla birlikdə “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimat mərasiminə qatılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqdimatda Nazirliyin dəstəyi ilə həyata keçirilən layihənin məqsədinin sabirabadlı gənclərdə rəqəmsal bacarıqların formalaşdırılmasına və artırılmasına töhfə vermək olduğu qeyd edilib.
Vurğulanıb ki, proqram çərçivəsində pilot olaraq 10 gənc seçiləcək və onlara proqramlaşdırma, dizayn və digər sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Təlimlər Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında keçiriləcək.
İştirak üçün bu link – “https://forms.gle/gFRZCxc3XEBtUdLx5” vasitəsilə qeydiyyatdan keçmək mümkündür.