REGİONLAR


Nazir Rəşad Nəbiyev Şamaxıda şəhid ailəsini ziyarət edib

Bakı, 2 iyul, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Şamaxı rayonunun Şəhriyar qəsəbəsində şəhid ailəsini ziyarət edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir şəhid Manafov Zahir Zakir oğlunun ailə üzvləri ilə görüşərək onların şəhidlə bağlı xatirələrini dinləyib.

Rəşad Nəbiyev şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.