İQTİSADİYYAT


Nazir Rəşad Nəbiyev Şirvan şəhərində vətəndaşlarla görüşəcək

Nazir Rəşad Nəbiyev Şirvan şəhərində vətəndaşlarla görüşəcək

Bakı, 29 noyabr, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziriyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu dekabrın 7-də saat 10:00-da Şirvan şəhərində yerləşən Gənclər Mərkəzində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) keçiriləcək.

Nazir adıçəkilən regionlarda göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya-radio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq üçün dekabrın 6-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), (010) 250-48-48 və (012) 598-58-58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.