İQTİSADİYYAT


Nazir Rəşad Nəbiyev: “TEKNOFEST” gənclərin festivalıdır

Bakı, 26 may, AZƏRTAC

“TEKNOFEST” gənclərin festivalıdır. Azərbaycan öz gəncləri ilə qürur duyur.

AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 26-da ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının açılışında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə gəncliyimiz 44 günlük Vətən müharibəsində öz sözünü dedi: “Torpaqlarımızın işğaldan azad olunmasında da yeni gənc, dövlətçilik, vətənpərvərlik ruhunda böyüyən nəsil mühüm rol oynadı".

R.Nəbiyev vurğulayıb ki, festival çərçivəsində gənclərin hazırladığı müxtəlif startaplar, layihələrlə tanış olmaq mümkündür. “TEKNOFEST” gənclərin texnoloji yeniliklərə marağını daha da artıracaq.

“Gələcəkdə texnologiya, innovasiya sahəsində də zəfər qazanacağımıza, beynəlxalq aləmdə mühüm yer tutacağımıza inanıram”, - deyə nazir əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.