İQTİSADİYYAT


Nazir Rəşad Nəbiyev Ucarda vətəndaşlarla görüşəcək

Bakı, 6 may, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mayın 13-də saat 10:00-da Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 153) Kürdəmir, Ucar, Göyçay, Ağdaş və Zərdab rayonlarının sakinlərini qəbul edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün mayın 12-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655), elektron poçtu ([email protected]) və (012) 598-58-58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər, həmçinin Kürdəmir, Ucar, Göyçay, Ağdaş və Zərdab Telekommunikasiya Qovşaqlarına ((050) 833-03-40) müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.