İQTİSADİYYAT
Nazir Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə görüşüb
Bakı, 30 iyul, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri olmuş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) əməkdaşı Etibar Hüseynov və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı Elkiyar Ziyadovla görüşüb.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, nazir gəncləri qalib olmaları münasibətilə təbrik edərək onlara uğurlarının davamlı olmasını arzulayıb.
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti barədə danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan şəxslərin aşkar olunmasına, ölkədə kadr ehtiyatı bankının yaradılmasına böyük töhfədir.
Qaliblər səmimi görüşə görə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]