İQTİSADİYYAT


Nazir Rəşad Nəbiyev rəqəmsal gələcəyin qurulması mövzusunda beynəlxalq dəyirmi masada iştirak edib

Bakı, 26 sentyabr, AZƏRTAC

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) sentyabrın 26-dan oktyabrın 14-dək Rumıniyanın Buxarest şəhərində təşkil olunacaq növbəti Səlahiyyətli Konfransından əvvəl sentyabrın 25-də “Hər kəs üçün daha yaxşı rəqəmsal gələcəyin qurulması” mövzusu üzrə nazirlər səviyyəsində dəyirmi masa keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirə Azərbaycan, Avstraliya, Kanada, Fransa, Yaponiya, Koreya, İspaniya, Portuqaliya, İsveç daxil olmaqla 40-a yaxın ölkənin nümayəndələri qatılıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dəyirmi masada çıxış edib.

Rəşad Nəbiyev çıxışında rəqəmsal bərabərsizliyin aradan qaldırılması, hər bir kəsin rəqəmsal xidmətlərə çıxışının təmin olunması və bərabər öyrənmə, inkişaf imkanlarının yaradılmasının vacibliyi haqqında danışıb.

Nazir bu məsələdə 2 amilin - əlverişlilik və səmərəliliyin rol oynadığını vurğulayıb.

Bildirilib ki, Azərbaycanda rəqəmsal transformasiya üçün müvafiq infrastrukturun ölkənin ucqar ərazilərində də inkişaf etdirilməsi məqsədilə dövlət-özəl sektorunun tərəfdaşlığına münbit şərait yaradılıb: “Mərhələlərlə həyata keçirilən layihə sayəsində ölkədə 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olunacaq”.

Ölkəmizdə rəqəmsal transformasiya üçün daha təhlükəsiz mühitin təmin edilməsi və internetə əlçatanlığın artırılması üçün səmərəli olan mobil internet şəbəkəsinin də inkişafına önəm verildiyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.