İQTİSADİYYAT
Nazir Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında olub


Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini və adını daşıyan muzeyi ziyarət edib.
Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Görüşdə ölkədə İKT və nəqliyyat sahələrinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə danışılıb.
Səfər çərçivəsində nümayəndə heyəti muxtar respublikadakı sahəvi qurum və şirkətlərin fəaliyyəti ilə tanış olub.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [13:10]
Hüquq-mühafizə bölmələri başçıları komitəsinin iclasi keçirilib
- 23.09.2023 [13:03]
DGK sədri Beynəlxalq Narkotiklərlə Mübarizə konfransında iştirak edib
- 23.09.2023 [12:56]