DÜNYA


Nazir: Rumıniya Avropanın ən böyük təbii qaz istehsalçısı olmaq niyyətindədir

Buxarest, 1 noyabr, AZƏRTAC

Rumıniya Avropada ən böyük təbii qaz istehsalçısı olmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Anton Anton jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, ölkəsi bir neçə ilə Avropanın ən böyük qaz istehsalçısı olacaq: “Statistik göstəricilərə nəzər salsaq görərik ki, Qara dəniz şelfində qaz istehsalı başlayandan sonra Rumıniya bu məqsədinə çata bilər. Rumıniya, eyni zamanda, regionda enerji stabilliyinin faktoru və enerji birləşdiricisi rolunu oynayacaq”.

Nazir Qara dənizdə geoloji kəşfiyyat və ixraca investisiyaların qoyulması üçün investor cəlbinin vacibliyini diqqətə çatdırıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.