İQTİSADİYYAT


Nazir: SOCAR beş ayda Rusiyaya 33 min ton neft-kimya məhsulları ixrac edib

Moskva, 2 iyul, AZƏRTAC

Rusiya Azərbaycanın energetika sektoruna 4 milyard dollar sərmayə yatırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı ilə keçirilən “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransda deyib.

“Aprelin 1-nə olan məlumata görə, Rusiya şirkətləri Azərbaycanın energetika sektoruna 4 milyon dollar sərmayə yatırıb. Hazırda Azərbaycan yanacaq-energetika kompleksi ilə bağlı layihələrdə “LUKoil” şirkəti iştirak edir. Eyni zamanda, “Rosneft” və “Gazprom” şirkətlərinin də bu əməkdaşlığa qatılacaqları gözlənilir”, - deyə nazir qeyd edib.

P.Şahbazov, həmçinin vurğulayıb ki, Azərbaycan və Rusiya neft tranziti sahəsində də fəal əməkdaşlıq edir. Bu ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan kəməri ilə 990 min ton Rusiya nefti tranzit edilib. SOCAR isə həmin dövrdə Rusiyaya 33 min ton neft-kimya məhsulları ixrac edib. Rusiyadan Azərbaycana 53 min ton neft-kimya məhsulları daxil olub.

Nazirin sözlərinə görə, hazırda energetika sahəsində əməkdaşlığa dair memorandum üzərində iş gedir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.