ELM VƏ TƏHSİL


Nazir Saatlıda orta məktəbdə tədris prosesini izləyib

Bakı, 23 dekabr, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə olub.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Emin Əmrullayev məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda, təhsil ocağının ümumi şəraiti, dərs otaqları ilə tanış olub. Məktəbin peşə təmayüllü siniflərində tədris prosesini izləyən elm və təhsil naziri şagirdlərin əl işlərinə baxış keçirib, onların bişirdikləri şirniyyat məhsullarının dadına baxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.