DÜNYA


Nazir: Səudiyyə Ərəbistanı neft istehsalını daha çox azaldacaq

Bakı, 13 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı xam neft hasilatını daha çox azaldacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times”a müsahibəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib. Nazir bildirib ki, dekabrda əldə olunan razılaşma çərçivəsində ölkəsi neft hasilatını götürdüyü öhdəlikdən daha çox azaldacaq.

OPEC-in hesabatına görə, yanvarda Səudiyyə Ərəbistanının gündəlik hasilatı 350 min barrel azalaraq 10 milyon 213 min barrelə düşüb.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.