DÜNYA


Nazir: Səudiyyə Ərəbistanında neft istehsalı və ixracı davam edir

Bakı, 14 may, AZƏRTAC

Hazırda Səudiyyə Ərəbistanında neft istehsalı və ixracı davam edir.

AZƏRTAC SPA agentliyinə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih deyib. Nazir bildirib ki, səhər saatlarında ölkənin qərbində çıxarılan nefti şərq sahillərindəki limana daşıyan boru kəmərindəki 2 nasos stansiyasına dronla hücum zamanı 8 nömrəli nasos stansiyasında yanğın baş verib, maddi ziyan meydana gəlib. Milli neft şirkəti “Suudi Aramco” da neft nəqlini dayandırıb. Hazırda dəymiş ziyan araşdırılır, təmir işləri aparılır, ölkədə neft istehsalı və ixracı isə davam edir.

O, son dövrlərdə Körfəz ölkələrindəki bu kimi hücumların təkcə Səudiyyə Ərəbistanını deyil, ümumilikdə qlobal iqtisadiyyatı və dünya neftini hədəf aldığını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.