İQTİSADİYYAT
Nazir: Strategiya, investisiya və insan kapitalını bir araya gətirməyi bacarsaq, ölkəmizin coğrafi mövqeyinin bizə verdiyi böyük potensialı reallaşdıra bilərik
Bakı, 26 aprel, AZƏRTAC
Strategiya, investisiya və insan kapitalını bir araya gətirməyi bacarsaq, ölkəmizin coğrafi mövqeyinin bizə verdiyi böyük potensialı reallaşdıra bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.
“İqtisadiyyat naziri Mikayıl Cabbarovla birlikdə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüş keçirdik. Görüşdə bazar iştirakçıları üçün vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilməsi vacib olan təklifləri dinlədik. Vəzifəmiz Azərbaycanda rəqabətqabiliyyətli, innovativ, həmçinin ekoloji cəhətdən təmiz nəqliyyat və logistika sisteminin yaradılması üçün lazımi mühitin formalaşdırılmasıdır. Strategiya, investisiya və insan kapitalını bir araya gətirməyi bacarsaq, ölkəmizin coğrafi mövqeyinin bizə verdiyi böyük potensialı reallaşdıra bilərik”, - deyə nazir bildirib.